Azərbaycan “HOTREC Hospitality Europe” təşkilatına müşahidəçi üzv qəbul edilə bilər

Azərbaycan “HOTREC Hospitality Europe” təşkilatına müşahidəçi üzv qəbul edilə bilər Bakı. 14 avqust. REPORT.AZ/ “Azərbaycanın “HOTREC – Hospitality Europe” təşkilatına daxil olarkən assambleyalarda iştirak edə bilməsi bir üstünlük olacaq”.
Turizm
14 Avqust , 2018 15:42
Azərbaycan “HOTREC Hospitality Europe” təşkilatına müşahidəçi üzv qəbul edilə bilər

Bakı. 14 avqust. REPORT.AZ/ “Azərbaycanın “HOTREC – Hospitality Europe” təşkilatına daxil olarkən assambleyalarda iştirak edə bilməsi bir üstünlük olacaq”.

“Report” xəbər verir ki, bunu təşkilatın vitse-prezidenti Akos Niklai Azərbaycanın quruma müşahidəçi statuslu üzv olması barədə sualları cavablandırarkən deyib.

O bildirib ki, bu assambleyalar ildə 2 dəfə təşkil olunur: “Hansı ölkə Avropa İttifaqına sədrlik edirsə, assambleya həmin ölkədə keçirilir. Bura Avropa Komissiyasından vacib spikerlər dəvət olunur, onlar otel sənayesində qayda və qanunlardakı dəyişiklikləri açıqlayır. Dünya Turizm Təşkilatı da tərəfdaşımızdır və hər dəfə assambleyada iştirak edir. Ən böyük müzakirə etdiyimiz mövzular otel sənayesindəki treninqlər, təhsil, otellərin ətraf mühitə daha az ziyan vurması və alternativ enerjilərdən istifadədir”.

Akos Niklai vurğulayıb ki, otel sənayesinin böyüdülməsində əsas məqsəd iş imkanlarının artırılmasıdır: “Hazırda Avropada 10 mln.dan çox insan bu sahədə çalışır və qitənin ən çox iş yeri olan sənayesidir. Bu sahə genişləndikdə, ölkədə iş imkanları və bu sahədə peşəkarlıq artacaq".

Vitse-prezident deyib ki, Azərbaycan “HOTREC – Hospitality Europe” təşkilatına daxil olduqda otellərə ulduz verilməsi Avropa standartlarına uyğun olacaq: “Bu sistem 10 ildir ki var. Hər 5 ildən bir meyarlar kitabı çap olunur. Hazırda 2 əsas meyar var. Otellərdə yataq yeri və internet olmalıdır. 15 il əvvəl 5 ulduzlu oteldə 3 restoran fəaliyyət göstərə bilirdi. Bu gün klasifikasiya sistemində minimum 1 dənə restoran ola bilər. Hazırda otellərdəki ən böyük tendensiya standartlardan fərqli olmağa çalışmalarıdır. Məsələn butik otellərdə fərqlilik üstünlük təşkil edir". 

Son xəbərlər

Orphus sistemi