Azərbaycan "EXPO-2025" sərgisinin Bakıda keçirilməsi üçün sənədləri BIE-yə təqdim edib

Azərbaycan "EXPO-2025" sərgisinin Bakıda keçirilməsi üçün sənədləri BIE-yə təqdim edib Sərginin mövzusu "İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması" olacaq
Turizm
328
30 Sentyabr , 2017 11:50
Azərbaycan EXPO-2025 sərgisinin Bakıda keçirilməsi üçün sənədləri BIE-yə təqdim edib
BIE

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan "EXPO-2025" universal sərgisinin Bakıda keçirilməsi üçün sənədləri Beynəlxalq Sərgi Bürosuna (BIE) təqdim edib.

"Report"un məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov təşkilatın baş katibinin müavini Dimitri Kerkentzeslə görüşüb. 

Görüşdə Bakının "EXPO-2025" sərgisinə ev sahibliyi etməsi məsələsi müzakirə olunub və E.Əmirbəyov bununla bağlı sənədləri təqdim edib.

Bakı ilə yanaşı Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də "EXPO-2025" universal sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb. 

Bundan sonra BIE-nin qiymətləndirmə missiyası hər bir şəhəri ziyarət edərək, onların "EXPO-2025" keçirtmək şanslarını dəyərləndirəcək. Qalib şəhər 2018-ci ilin noyabrında BIE-nin 164-cü Baş Assambleyasında müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan "EXPO-2025"i mayın 10-dan noyabrın 10-a qədər təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə "İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması" olacaq.

Xatırladaq ki, növbəti universal sərgisi 2020-ci ildə Dubayda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi