Azərbaycan ən yaxşı turistik istiqamətlər üzrə ilk "5-lik"də yer alıb

Azərbaycan ən yaxşı turistik istiqamətlər üzrə ilk "5-lik"də yer alıb Azərbaycan Lonely Planet yol bələdçisinin versiyasına görə, 2020-ci ildə ziyarət edilməli olan ən yaxşı turistik istiqamətlər arasında ilk 5-liyə daxil olub.
Turizm
128
28 Oktyabr , 2019 10:49
Azərbaycan ən yaxşı turistik istiqamətlər üzrə ilk 5-likdə yer alıb

Azərbaycan "Lonely Planet" yol bələdçisinin versiyasına görə, 2020-ci ildə ziyarət edilməli olan ən yaxşı turistik istiqamətlər arasında ilk "5-liy"ə daxil olub.

"Report"a bələdçiyə istinadən xəbər verir ki, siyahıda 10 ölkə yer alıb.

Turistik istiqamətləri qiymətləndirərkən "Lonely Planet" əsas meyar kimi xərclənən vəsaitin alınan təəssüratlarla uyğunluğunu götürüb.

“Azərbaycan heç də tipik olmayan Avropa istirahətidir. Yüksək keyfiyyətli yaşayış yerləri, qida və təəsüratlarla maraqlı və sürətlə dəyişən ölkəni çox aşağı qiymətə araşdıra bilərsiniz", - "Lonely Planet"in rəsmi saytında dərc olunan məqalədə deyilir.

Siyahıda ilk yeri İndoneziyanın vilayəti - Şərqi Nusa Tenqqara tutub. Onun ardınca Budapeşt (Macarıstan), Madhya Pradeş (Hindistan), Buffalo (ABŞ) və Azərbaycan gəlir.

Siyahıya həmçinin Serbiya, Tunis, Keyptaun (Cənubi Afrika), Afina (Yunanıstan) və Zənzibar (Tanzaniya) da düşüb.

Son xəbərlər

Orphus sistemi