Azərbaycan bu il Gürcüstana səfər edənlərin sayına görə birinci yeri tutub

Azərbaycan bu il Gürcüstana səfər edənlərin sayına görə birinci yeri tutub Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 509 662 nəfər təşkil edib.
Turizm
30 Dekabr , 2019 15:29
Azərbaycan bu il Gürcüstana səfər edənlərin sayına görə birinci yeri tutub

Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 509 662 nəfər təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

Hesabat ilində Azərbaycan qonşu ölkənin qəbul etdiyi əcnəbi ziyarətçilər arasında say baxımından birinci yeri tutub. İllik müqayisədə Gürcüstana yollanan azərbaycanlı ziyarətçilərin sayı 7,1% artıb.

Qonşu ölkəyə ən çox səfər edən əcnəbilər arasında ikinci yeri Rusiya (1 463 040 nəfər), üçüncü yeri isə Ermənistan (1 349 279) tutub. Gürcüstana üz tutan rusiyalı turistlərin sayında 4,7%, ermənistanlı turistlərin sayında isə 7,5% artım qeydə alınıb.

Bu il Gürcüstana səfər edən beynəlxalq ziyarətçilərin sayı tarixdə ilk dəfə olaraq 9 milyonu ötüb. 2019-cu ilin dekabrın 27-nə olan məlumata əsasən, qonşu ölkə 9,3 milyon nəfər ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 7,1% çoxdur.

Turistlərin sayında da rekord göstərici qeydə alınıb. Gürcüstanı turist səfərləri üçün seçənlərin sayı 5 milyon nəfər təşkil edib. İllik müqayisədə artım 6,8%-ə barabər olub. 

Son xəbərlər

Orphus sistemi