Azərbaycan Berlində keçirilən “İTB 2018” beynəlxalq turizm sərgisində təmsil olunur

Azərbaycan Berlində keçirilən “İTB 2018” beynəlxalq turizm sərgisində təmsil olunur Bakı. 9 mart. REPORT.AZ/ Martın 7-dən Berlində (Almaniya) keçirilən və martın 11-də başa çatacaq “İTB 2018” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur.
Turizm
9 Mart , 2018 15:21
Azərbaycan Berlində keçirilən “İTB 2018” beynəlxalq turizm sərgisində təmsil olunur
Mct.gov.az

Bakı. 9 mart. REPORT.AZ/ Martın 7-dən Berlində (Almaniya) keçirilən və martın 11-də başa çatacaq “İTB 2018” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. 

Məlumata görə, ziyarətçi sayına görə dünyada ən böyük sərgilərindən biri olan “İTB 2018”də ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, “Azərbaycan Hava Yolları" QSC, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, 25 turizm şirkəti və 4 mehmanxana təmsil edir. Həmçinin sərgidə Azərbaycanda keçirilməsi nəzərdə tutulan “EXPO 2025” ümumdünya sərgisi təbliğ edilir. Bu məqsədlə 94 kv.m ərazidə xüsusi layihə əsasında milli stend qurulub. 

Sərgidə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi, eləcə də Nazirliyin Turizm şöbəsinin turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Cəmil Kəlbəliyevin, planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Elin Abasovun daxil olduğu nümayəndə heyəti iştirak edir. Sərginin ilk günündə Azərbaycanın ekspozisiyası çoxsaylı ziyarətçilərin, o cümlədən turizm bazarı peşəkarlarının və potensial turistlərin diqqətini cəlb edib. Azərbaycan stendində ölkənin məşhur turizm istiqamətləri barədə təkliflər, turizm potensialı və görməli yerləri haqqında məlumat əldə etmək olar.

Sərgi çərçivəsində BMÜTT-nin təşkilatçılığı ilə “İpək Yolu” ölkələrinin turizm nazirlərinin 8-ci görüşü keçirilib. İclasda “İpək Yolu” mədəni turizm marşrutunun inkişaf strategiyası və digər mühüm məsələlər barədə müzakirələr aparılıb.

Bununla yanaşı, N.Səmədov “Dünya Turizm Lüsern Forumu”nun rəhbəri Martin Bart, Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin turizm şöbəsinin müdiri Oksana Serdiuk, Almaniya Səyahət Assosiasiyasının prezidenti Norbert Fibiq, “TUI Group” şirkətinin prezidenti Michael Frenzel, həmin şirkətin icraçı direktoru Ralf Horter, BBC telekanalın nümayəndəsi Sergey Stanovkin, “Messe Berlin” şirkətinin Rusiya və MDB üzrə beynəlxalq nümayəndəliyinin rəhbəri xanım İrina Keyko və “ITB Asia” sərgisinin biznesin inkişafı meneceri Edvin Zee ilə görüşlər keçirib. Görüşlər zamanı ikitərəfli əməkdaşlıq və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi