Azərbaycan avtomobil icarəsi ən ucuz olan ölkələr siyahısındadır

Azərbaycan avtomobil icarəsi ən ucuz olan ölkələr siyahısındadır Azərbaycan avtomobil icarəsi ən ucuz olan ölkələrdəndir.
Turizm
102
16 Mart , 2022 12:26
Azərbaycan avtomobil icarəsi ən ucuz olan ölkələr siyahısındadır

Azərbaycan avtomobil icarəsi ən ucuz olan ölkələr siyahısındadır.

“Report” "New Zealand Herald"a istinadən xəbər verir ki, bu barədə dünyanın 58 ölkəsi üzrə təhlil aparmış Böyük Britaniyanın “Confused.com” saytı məlumat yayıb.

Dünyanın müxtəlif ölkələrində avtomobil icarəsi imkanlarını təhlil etmiş mənbənin məlumatına görə, Azərbaycanda 305,21 ABŞ dollarına bir həftəlik avtomobil icarəyə götürmək olar.

Tədqiqatlar göstərir ki, bu baxımdan dünyanın ən bahalı ölkələrindən biri İslandiyadır. Bu ölkədə həftəlik avtomobil icarəsinin orta qiyməti 2023,70 ABŞ dolları təşkil edir. Bunu, mübadilə məzənnəsinin yüksək olması və ictimai nəqliyyatın olmaması şərtləndirir. Siyahıda ikinci olan Yeni Zelandiyada həftəlik icarə haqqı 1840,97 ABŞ dollarıdır.

Son xəbərlər

Orphus sistemi