AZAL aviareyslərdə yeni güzəştli baqajdaşıma şərtləri tətbiq edib

AZAL aviareyslərdə yeni güzəştli baqajdaşıma şərtləri tətbiq edib Sərnişinlər velosipedi onun ölçüləri və çəkisinə görə əlavə ödəniş etmədən daşıya bilərlər
Turizm
6 Yanvar , 2017 17:15
AZAL aviareyslərdə yeni güzəştli baqajdaşıma şərtləri tətbiq edib

Bakı. 6 yanvar. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC aviareyslərində baqajın daşımasında növbəti güzəştləri təqdim edib. Bu barədə “Report”a AZAL-dan bildirilib.

Bundan sonra, AZAL və “AZALJET” reysləri ilə uçan sərnişinlər velosipedi onun ölçüləri və çəkisinə görə əlavə ödəniş etmədən daşıya bilərlər.

Bundan başqa, sərnişinlər Dubay-Bakı aviareyslərində televizoru aviaşirkətin və hava limanının qaydalarına riayət etməklə, ölçüləri və çəkisinə görə rüsum ödəmədən, təsbit edilmiş vahid qiymətə (110 dirhəm) keçirə bilərlər.

Qeyd edək ki, mövsümlə əlaqədar dekabrın 29-dan aviaşirkətin reyslərində bir dəst xizək və ya snoubordun daşınmasına görə də əlavə ödəniş tutulmur.

Son xəbərlər

Orphus sistemi