Avstriyada COVID-19-a görə 3 həftəlik qapanma tətbiq edilib

Avstriyada COVID-19-a görə 3 həftəlik qapanma tətbiq edilib Avstriyada noyabrın 22-dən dekabrın 13-dək qapanma elan olunub.
Turizm
22 Noyabr , 2021 11:03
Avstriyada COVID-19-a görə 3 həftəlik qapanma tətbiq edilib

Avstriyada noyabrın 22-dən dekabrın 13-dək qapanma elan olunub.

“Report” “avianews.com”a istinadən xəbər verir ki, bu addıma səbəb COVID-19-a yeni yoluxma hallarının əhəmiyyətli dərəcədə artmasıdır.

Ölkənin sərhədləri açıq qalsa da peyvənd olunmuş şəxslər də daxil olmaqla, hər kəs üçün Avstriya daxilində komendant saatı qüvvədə olacaq.

Qapanma zamanı otellərin və mədəniyyət təsisatlarının bağlı olması səbəbindən turist səfərləri mümkün olmayacaq. Restoranlara yalnız yemək çatdırma xidməti göstərməyə icazə verilir.

On gün ərzində aparılan qiymətləndirmələr məhdudiyyətlərin təsirli olduğunu ortaya çıxararsa, qapanmanın müddəti azaldıla bilər.

Qohumlarının və dostlarının evində qala biləcək şəxslərin Avstriyaya daxil olmasına heç bir məhdudiyyət tətbiq edilməyəcək.

Son xəbərlər

Orphus sistemi