"Austrian Airlines" Vyanadan İsfahana aviareyslərə başlayır

"Austrian Airlines" Vyanadan İsfahana aviareyslərə başlayır Aviaşirkət martdan etibarən Tehrana uçuşlara başlayıb
Turizm
20 Avqust , 2016 16:26
Austrian Airlines Vyanadan İsfahana aviareyslərə başlayır

Bakı. 20 avqust. REPORT.AZ/ Sentyabrın 4-dən etibarən "Austrian Airlines" aviaşirkəti Vyana-İsfahan-Vyana marşrutu ilə müntəzəm reyslərə başlayır. Şirkətdən “Report”a verilən məlumatlara görə, sınaq uçuşları 3 həftə boyunca həyata keçiriləcək və bununla da İrana olan həftəlik uçuşlar 17-ə yüksələcək.

Aviaşirkət 2017-ci ilin yayından etibarən isə uçuşların sayını həftədə 4 dəfəyə çatdıracaq. Məlumatda deyilir ki, bu, 30 illik fasilədən sonra iki ölkə arasında reallaşdırılacaq ikinci uçuş marşrutudur.

Qeyd edək ki, aparılan danışıqlarım hələ başa çatmaması səbəbindən şirkət İsfahana uçuşların başlama tarixini apreldən sentyabra dəyişməyə məcbur olmuşdur.

Xatırladaq ki, “Austrian Airlines” şirkəti bu ilin martından etibarən Tehrana aviauçuşlara başlayıb.

Son xəbərlər

Orphus sistemi