“ASAN Viza” vasitəsilə 2 milyona yaxın viza verilib

“ASAN Viza” vasitəsilə 2 milyona yaxın viza verilib ASAN Viza sisteminin fəaliyyətə başladığı 2017-ci ildən indiyə qədər 2 milyona yaxın viza verilib. Bunun 681 mini hava limanlarına alınıb.
Turizm
19 İyun , 2020 17:48
“ASAN Viza” vasitəsilə 2 milyona yaxın viza verilib

"ASAN Viza" sisteminin fəaliyyətə başladığı 2017-ci ildən indiyə qədər 2 milyona yaxın viza verilib. Bunun 681 mini hava limanlarına alınıb. 

“Report” xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") “ASAN Viza” departamentinin rəhbəri İsmayıl Əbdüləzimov “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində vebinar təlimində bildirib.

Onun sözlərinə görə, ölkə Prezidentinin 1 iyun 2016-ci il tarixli fərmanı ilə Agentliyin reallaşdırdığı bu sistem turizmin inkişafına töhfə verir: “ASAN Viza” vasitəsilə 94 ölkədən olan əcnəbilər, o cümlədən hava limanlarında 14 ölkənin vətəndaşları viza ala bilərlər. Sistemin internet portalı və aeroportlardakı özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, alman, italyan, ərəb, fars və rus dillərində fəaliyyət göstərir".

Son xəbərlər

Orphus sistemi