Antalya bu il rekord sayda əcnəbi turist qəbul edib

Antalya bu il rekord sayda əcnəbi turist qəbul edib Türkiyənin Antalya vilayəti bu il rekord sayda əcnəbi turist qəbul edib.
Turizm
27 Avqust , 2019 21:53
Antalya bu il rekord sayda əcnəbi turist qəbul edib

Türkiyənin Antalya vilayəti bu il rekord sayda əcnəbi turist qəbul edib.

“Report” xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yazıb.

"Türkiyənin Antalyadakı məşhur turizm mərkəzləri bu il yanvarın 1-dən avqustun 22-dək olan dövr ərzində 10 milyondan çox turist qəbul edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricini 17,6% qabaqlayır. Ötən ilin sözügedən dövründə xaricdən gələn qonaqların sayı 8,6 milyon nəfər təşkil edib", - deyə məlumatda bildirilir.

Siyahıda birinci pillədə Rusiya, ardınca isə Almaniya və Ukrayna vətəndaşları qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi