Almaniyada "Enerji dünyası: enerji və su" adlı ticarət sərgisi keçiriləcək

Almaniyada "Enerji dünyası: enerji və su" adlı ticarət sərgisi keçiriləcək Sərgi Essen şəhərində baş tutacaq
Turizm
12 Yanvar , 2017 20:55
Almaniyada Enerji dünyası: enerji və su adlı ticarət sərgisi keçiriləcək

Bakı. 12 yanvar. REPORT.AZ/ Almaniyada enerji təchizatı üçün innovativ həllərin tapılmasında əsas sərgilərdən olan "Enerji dünyası: enerji və su" adlı ticarət sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən məlumata görə, Essen şəhərində baş tutacaq sərgi fevralın 7-dən 9-dək davam edəcək.

Azərbaycanda bu sahədə fəaliyyət göstərən sahibkarlar sərgidə iştiraka dəvət olunublar. Tədbirdə iştirak etməkdə maraqlı olan yerli iş adamları tədbir haqqında ətraflı məlumat almaq üçün “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi