Almaniya bəzi ölkələrin vətəndaşları üçün koronavirus testindən keçməyi icbari edir

Almaniya bəzi ölkələrin vətəndaşları üçün koronavirus testindən keçməyi icbari edir Test icbari və ödənişsiz olacaq
Turizm
357
28 İyul , 2020 12:02
Almaniya bəzi ölkələrin vətəndaşları üçün koronavirus testindən keçməyi icbari edir

Gələn həftədən başlayaraq Almaniya hökuməti koronavirusa yoluxma riski yüksək olan ölkələrdən gələn bütün sərnişinlər üçün məcburi COVID-19 testindən keçməni tətbiq edəcək.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə naziri Yens Şpan məlumat verib.

O qeyd edib ki, xaricdən qayıdanlardan yoluxmanın qarşısını almaq zəruridir.

Nazirin sözlərinə görə, test icbari və ödənişsiz olacaq. Test yoluxucu xəstəliklərdən qorunma haqqında qanuna uyğun olaraq həyata keçiriləcək.

Robert Kox İnstitutu tərəfindən tərtib edilən yoluxma riski yüksək artan ölkələrin siyahısına 130 ölkə, o cümlədən Ukrayna, Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Ermənistan, Qazaxıstan, Monteneqro, Misir, Rusiya, Serbiya, Türkiyə, ABŞ və başqaları daxildir.

Son xəbərlər

Orphus sistemi