Almandilli ölkələrin turizm şirkətlərinin Azərbaycana səfəri təşkil edilib

Almandilli ölkələrin turizm şirkətlərinin Azərbaycana səfəri təşkil edilib Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə noyabrın 29-dan bu günə qədər Almaniya, Avstriya və İsveçrənin 14 turizm şirkətinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil edilib.
Turizm
6 Dekabr , 2024 17:37
Almandilli ölkələrin turizm şirkətlərinin Azərbaycana səfəri təşkil edilib

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə noyabrın 29-dan bu günə qədər Almaniya, Avstriya və İsveçrənin 14 turizm şirkətinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil edilib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində ikitərəfli əlaqələrin yaranması və əməkdaşlığın təşviq edilməsi məqsədilə 35-ə yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.

Səfər müddətində almandilli ölkələrin turizm şirkətlərinin nümayəndələri Bakı, Şəki və Qələbənin turistik əhəmiyyətli yerlərini ziyarət ediblər, mədəni, tarixi, təbiət turizmi üzrə turizm məhsulları ilə tanış olublar.

Bu ilin yanvar-noyabr aylarında Almaniya, Avstriya və İsveçrədən ümumilikdə Azərbaycana 25 599 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 % çoxdur.

Son xəbərlər

Orphus sistemi