Aİ-nin turizm sektoru koronavirus nəticəsində ziyana uğrayıb

Aİ-nin turizm sektoru koronavirus nəticəsində ziyana uğrayıb Avropa İttifaqının (Aİ) turizm sektoru koronavirusun yayılması səbəbindən Çindən turist axınının kəsilməsi nəticəsində 1 milyard avro məbləğində ziyana uğrayıb.
Turizm
10 mart 2020 17:08
Aİ-nin turizm sektoru koronavirus nəticəsində ziyana uğrayıb

Avropa İttifaqının (Aİ) turizm sektoru koronavirusun yayılması səbəbindən Çindən turist axınının kəsilməsi nəticəsində 1 milyard avro məbləğində ziyana uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Avro və sosial dialoq üzrə vitse-prezidenti Valdis Dombrovskis Brüsseldəki mətbuat konfransında bildirib.

“Vəziyyətin inkişafını müşahidə edirik. Virusun qarşısını almaq üçün görülən tədbirlərin nə qədər səmərəli olacağından çox şey asılıdır”, - deyən Aİ rəsmisi Avropa Komissiyasının 13 fevral tarixli qış proqnozunda avrozonada 1,2 faizlik iqtisadi artımın nəzərdə tutulduğu halda OECD-nin 2 mart tarixli proqnozunda bu artımın 0,8 faiz səviyyəsində gözlənildiyinə diqqət çəkib.

Son xəbərlər

Orphus sistemi