Ağ ev martın əvvəlində yenidən ziyarətçilər üçün açıq olacaq

Ağ ev martın əvvəlində yenidən ziyarətçilər üçün açıq olacaq Prezident iqamətgahı hakimiyyət dəyişikliyi ilə əlaqədar müvəqqəti bağlanmışdı
Turizm
14 Fevral , 2017 22:37
Ağ ev martın əvvəlində yenidən ziyarətçilər üçün açıq olacaq

Bakı. 14 fevral. REPORT.AZ/ ABŞ prezidentinin yaşadığı və işlədiyi Ağ ev martın 7-də yenidən ekskursiyalar üçün açıq olacaq.

"Report" xəbər verir ki, bu barədə birinci xanım Melanya Trampın mətbuat xidməti məlumat yayıb.

Prezident iqamətgahı Vaşinqtonda hakimiyyət dəyişikliyi ilə əlaqədar müvvəqqəti olaraq bağlanmışdı.

"Mən Ağ evi (qapılarını) yenidən hər il ora ekskursiyaya gələn yüzminlərlə ziyarətçinin üzünə açmağa çox şadam. Ağ ev tarixi baxımdan mühüm yerdir və biz onun gözəllik və tarixini bölüşməyə şadıq", — deyə mətbuat xidməti birinci xanımın sözlərini sitat gətirib.

"Mən ölkəmizin ən məşhur rəmzlərindən birini bərpa və mühafizə edəcəyəm", — deyə Melanya Tramp bildirib.

Son xəbərlər

Orphus sistemi