Acarıstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 25% artıb

Acarıstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 25% artıb Tbilisi. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Gürcüstanın Acarıstan Muxtar Respublikasına (MR) 195 109 Azərbaycan vətəndaşı səfər edib.
Turizm
18 Dekabr , 2018 18:54
Acarıstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 25% artıb

Tbilisi. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Gürcüstanın Acarıstan Muxtar Respublikasına (MR) 195 109 Azərbaycan vətəndaşı səfər edib.

Bu barədə “Report”un Gürcüstan bürosuna MR-in Turizm və Kurortlar Departamentindən məlumat verilib.

İllik müqayisədə Azərbaycandan Acarıstana səfər edənlərin sayı 25,9% artıb.

İlin ilk 11 ayında Acarıstana, ümumilikdə, 1 830 888 nəfər əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 16,4% çoxdur.

Statistik göstəricilər Acarıstana Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” sərhəd-keçid məntəqəsi, Batumi limanı və aeroportu vasitəsilə səfər edən əcnəbilərin sayını əks etdirir. 

Son xəbərlər

Orphus sistemi