ABŞ yenidən Ümumdünya Turizm Təşkilatına daxil olacaq

ABŞ yenidən Ümumdünya Turizm Təşkilatına daxil olacaq Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının iyunun 16-dan Bakıda keçirilən və bu gün başa çatan 110-cu sessiyasında ABŞ-ın yenidən quruma daxil olacağı bəyan edilib.
Turizm
18 İyun , 2019 14:29
ABŞ yenidən Ümumdünya Turizm Təşkilatına daxil olacaq
Report / Elchin Murad

Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının iyunun 16-dan Bakıda keçirilən və bu gün başa çatan 110-cu sessiyasında ABŞ-ın yenidən quruma daxil olacağı bəyan edilib.

“Report” xəbər verir ki, bu barədə ÜTT-nin baş katibi Zurab Pololikaşvili məlumat verib.

“ABŞ 23 il bundan əvvəl ÜTT-ni tərk etmişdi. Lakin dünən ABŞ nümayəndə heyəti Bakıda keçirilən tədbirə qatıldı və yenidən ÜTT-yə daxil olacaqlarını elan etdi. Təşkilatına qayıdacağını elan etdi. Çox sevindirici haldır ki, bu xəbər Bakıda səsləndi. Əlbəttə, bu cür böyük tərəfdaşa ehtiyacımız var. Bu, bizim üçün böyük nailiyyətdir”, - o deyib.

Son xəbərlər

Orphus sistemi