ABŞ səfirliyi ölkəyə giriş qaydaları haqqında məlumatları yeniləyib

ABŞ səfirliyi ölkəyə giriş qaydaları haqqında məlumatları yeniləyib Noyabrın 8-dən etibarən ABŞ-a səfər etmək üçün COVID-19-a qarşı tam peyvənd sertifikatı və mənfi PCR testi təqdim edilməlidir.
Turizm
101
8 Noyabr , 2021 13:17
ABŞ səfirliyi ölkəyə giriş qaydaları haqqında məlumatları yeniləyib

Noyabrın 8-dən etibarən ABŞ-a səfər etmək üçün COVID-19-a qarşı tam peyvənd sertifikatı və mənfi PCR testi təqdim edilməlidir.

“Report” ABŞ-ın Azərbaycandakı Səfirliyinə istinadən xəbər verir ki, ABŞ-a səfər etmək üçün qəbul edilən peyvəndlərə “Pfizer-BioNTech”, “Moderna”, “AstraZeneca”, “Covishield”, “BIBP/Sinopharm və “Sinovac” vaksinləri daxildir.

“Bu siyasət ictimai səhiyyəni, ABŞ vətəndaşlarının və sakinlərinin, həmçinin ölkəmizə qonaq gələn şəxslərin qorunmasını ən üst səviyyəyə qoyur. Bu qaydadan istisna son dərəcə məhduddur: 18 yaşınadək uşaqlar və vaksin çatışmazlığı müşahidə olunan ölkələrdən gələn bəzi şəxslər”, - səfirliyin məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi