Yuxarı

ABŞ-da otel oğurluq əşyaları qaytaran müştərilərə bahalı mükafat vəd edib

ABŞ-da otel oğurluq əşyaları qaytaran müştərilərə bahalı mükafat vəd edib

ABŞ-ın Yeni Orlean iri liman şəhərində yerləşən "Ruzvelt" oteli 125 illiyi münasibəti ilə qonaqlarına oğurlanmış əşyaları geri qaytarmaq müqabilində, cəzadan ehtiyatlanmadan, mükafat almağı təklif edib.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, ən maraqlı və qeyri-adi əşyanı geri qaytaran şəxs otelin bir gecəsi 15 min dollar olan lüks prezident otağında gecələmək imkanı əldə edəcək.

Bununla yanaşı, qalib nəfis yeməklərdən zövq ala və spa-prosedurlardan keçə biləcək.

Müsabiqənin nəticələri iyulda məlum olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi