Yerli mehmanxana brendi Azərbaycan Konqreslər Bürosuna qoşulub

Yerli mehmanxana brendi Azərbaycan Konqreslər Bürosuna qoşulub Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb
Turizm
18 Dekabr , 2014 11:34
Yerli mehmanxana brendi Azərbaycan Konqreslər Bürosuna qoşulub

Bakı.18 dekabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu daha bir peşəkar turizm bazarı iştirakçısını öz üzvlüyünə qəbul edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Büronun yeni üzvü olan "Qafqaz Baku City Hotel & Residence" ölkənin yerli brend zəncir mehmanxanalarından olaraq Bakıda fəaliyyət göstərən ən yüksək otaq sayına malik yerli mehmanxanadır.

Konqreslər Bürosunun əsas hədəflərindən biri də yüksək peşəkarlığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqını (Azerbaijan Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir. Belə bir ittifaq ölkənin MİCE bazarında işləyən təşkilat və müəssisələri, habelə mehmanxanaları bir araya gətirərək onların inkişafına və regional oyunçulara çevrilməsinə yardımçı olacaq.

Son xəbərlər

Orphus sistemi