Bakı. 8 dekabr. REPORT.AZ/ Venesuelada yaxın vaxtlarda "7 ulduz" kateqoriyalı ilk otel istifadəyə veriləcək.
“Report” xəbər verir ki, bunu ölkə prezidenti Nikolas Maduro bildirib.
"Biz Varayra-Repano zirvəsində, "1956" restoranındayıq…Çox gözəldir. İşçiləri təbrik edirəm. Biz "1956" restoranını açırıq və "Qumboldt"da gedən işləri izləmək imkanından istifadə edirik", — deyə "Globovision Maduro" məlumat yayıb.