Bakı. 29 iyun. REPORT.AZ/ Yaponiyanın Çiba şəhərində “Foodex Japan-2017” beyn'lxalq ərzaq sərgisi keçiriləcək.
“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, sərgi gələn il martın 7-10-da baş tutacaq.
Yaponiya Xarici Ticarətin İnkişafı Təşkilatı (JETRO) Azərbaycan istehsalçılarının da bu sərgidə iştirakını dəstəkləyir.
Sərgidə şirkətlərə qoyulan tələblər, qeydiyyat qaydaları haqqında ətraflı məlumat əldə etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.