​Xudat rusların MDB-də ən sevimli istirahət zonalarından biridir

​Xudat rusların MDB-də ən sevimli istirahət zonalarından biridir Travel.ru portalı ən çox gedilən turizm istiqamətlərini açıqlayıb
Turizm
25 May , 2015 08:17
​Xudat rusların MDB-də ən sevimli istirahət zonalarından biridir

Bakı. 25 may. REPORT.AZ/ Rusiyanın Travel.ru internet portalı yerli turistlərin MDB ölkələrində ən çox səfər etdiyi yerlərin adlarını açıqlayıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, tədqiqatın nəticələrinə görə, Azərbaycanın Xəzər dənizi sahilində yerləşən Xudat kurortu ən populyar turizm istiqamətləri reytinqində 3-cü yerdə qərarlaşıb.

Qırğızıstanın İssık-Kul gölünün yerləşdiyi kurort zonası siyahının birinci, Qazaxıstanın Borovoe kurortu isə ikinci pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi