Yuxarı
    Bağlamaq

    Əbülfəs Qarayev: “Xarici turistlərin Azərbaycanda rahat və mənalı istirahəti üçün bütün vacib addımlar atılacaq”

    Nazir “Əlcəzirə” telekanalına müsahibə verib

    Bakı. 10 noyabr. REPORT.AZ/ “Bundan sonra da xarici turistlərin Azərbaycanda rahat və mənalı istirahəti üçün bütün vacib addımlar atılacaq”.

    “Report”un məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkədə səfərdə olan “Əlcəzirə” telekanalının Türkiyə təmsilçiliyinə müsahibəsində deyib.

    "Bu il ərzində, xüsusilə də ərəb ölkələrindən olan turistlərin Azərbaycana səfərləri bir neçə dəfə artıb” - deyən nazir, bunun səbəbi kimi ərəb ölkələrindən olan turistlərin ölkəmizə səfərlərinin artması bir tərəfdən viza sistemin sadələşdirilməsidirsə, digər tərəfdən də Azərbaycan xalqının yüksək qonaqpərvərliyi, dini birlik, mədəni və tarixi bağlılıqla əlaqələndirib.

    O, müsahibəsində Azərbaycanda turizm sənayesinin inkişafı üçün atılan addımlardan da danışıb. Nazir bildirib ki, ölkədə turizm sənayesinin inkişafı prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir: “Son illər bu sahədə həyata keçirilən yeniliklərdən danışan nazir viza sisteminin sadələşdirilməsi, bir sıra ölkələrin vətəndaşları üçün isə birbaşa hava limanlarımızda vizaların verildiyini vurğulayıb. Ölkəmizin zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, tarixi-memarlıq abidələri, həmçinin yaradılan yeni turizm infrastrukturu, vizaların rahat şəkildə əldə olunması xarici turistlərin ildən-ilə artmasına səbəb olur”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi