Xaçmazda turizm agentliklərinin nümayəndələri üçün seminar keçirilib

Xaçmazda turizm agentliklərinin nümayəndələri üçün seminar keçirilib Seminarda bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər dünya standartlarına uyğun qurulub
Turizm
20 May , 2017 23:47
Xaçmazda turizm agentliklərinin nümayəndələri üçün seminar keçirilib

Bakı. 20 may. REPORT.AZ/ Xaçmaz şəhərinin Regional Miqrasiya İdarəsi tərəfindən turizm mövsümünün başlanması ilə əlaqədar olaraq Xaçmaz, Quba və Qusar rayon Turizm informasiya mərkəzlərinin və regional ərazi üzrə turizm agentlikləri əməkdaşlarının iştirakı ilə miqrasiya qanunvericiliyi sahəsində maarifləndirmə ilə bağlı seminar təşkil olunub.

Xidmətdən "Report"a verilən məlumata görə, seminarda bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər dünya standartlarına uyğun qurulub və bugün respublikamız perspektivli turizm ölkəsinə çevrilib.

Seminarda turistlərin Azərbaycana səfərlərini asanlaşdırmaq məqsədilə “ASAN Vizasisteminin tətbiqi, onların ölkədə qaldıqları müddətdə qeydiyyat qaydalarının sadələşdirildiyi barədə məlumat verilib.

Tədbirdə hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisində 10 gündən artıq qalmaq istədiyi halda qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycana gəldiyi vaxtdan 10 gün ərzində Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata düşməsi prosedurları barədə izahedici söhbət aparılıb.

Görüşdə diqqətə çatdırılıb ki, xarici qonaqların qalmaq üçün seçdiyi mehmanxanaların müdiriyyəti, yaşayış yerlərinin sahibi qanunvericiliklə müəyyən olunmuş qaydada onların olduğu yer üzrə qeydiyyatlarının təmin edilməsi işinə məsuliyyətlə yanaşmalıdırlar. 

Son xəbərlər

Orphus sistemi