Yuxarı

Vitse prezidentin xüsusi nümayəndəsi: "Hər il təxminən 500 azərbaycanlı İndoneziyada istirahət edir"

Ölkələr arasında birbaşa aviareysin açılması vacibdir

Bakı. 8 aprel. REPORT.AZ/ "Azərbaycan turistləri dəniz kənarında istirahət etməyə, müxtəlif cür əyləncələrə üstünlük verir və İndoneziya onlara belə bir xidmət təklif edə bilər".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İndoneziyanın vitse prezidentinin turizm və iqtisadiyyat üzrə xüsusi nümayəndəsi Məhəmməd Zulkarnain deyib.

O, hər il təxminən 500 azərbaycanlının İndoneziyada istirahət etdiyini və Bali adasının onlar üçün ən populyar yer olduğunu qeyd edib: "Amma bizdə Papua, Komodo, Anobon, Maluku adaları kimi yerlər də var. Orada da çox yaxşı dincəlmək olar. Ümumiyyətlə, turistlərin sayının daha da artması üçün Azərbaycan və İndoneziya arasında birbaşa aviareyslərin açılması vacibdir".

M.Zulkarnain həm də turizm sahəsində kadr hazırlığı sahəsində əməkdaşlıq imkanlarını qeyd edib: "Azərbaycanlılar spa prosedurlar üzrə təlim keçib sertifikatlar almaq üçün də İndoneziyaya gələ bilər. Təlimləri Azərbaycanda yerli işçilər üçün də keçmək olar. Hazırda Azərbaycanda turizm sektorunda təqribən 20 indoneziyalı çalışır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi