UNWTO-nun hesabatı: Dünyada turistlərin sayı artır

UNWTO-nun hesabatı: Dünyada turistlərin sayı artır 2016-cı ildə turistlərin sayının 3,6% artacağı planlaşdırılır
Turizm
19 Yanvar , 2016 11:08
UNWTO-nun hesabatı: Dünyada turistlərin sayı artır

Bakı. 19 yanvar. REPORT.AZ/ 2015-ci ildə beynəlxalq turistlərin sayı artıb.

"Report" BMT-nin Ümumdünya Turizm Təşkilatına (UNWTO) istinadən xəbər verir ki, 2015-ci ildə səyahət edənlərin sayı bir il əvvəllə müqayisədə 50 milyon nəfər artıb. Bu isə 4,4% artım deməkdir.

UNWTO-nun "Dünya turizminin barometri" hesabatında deyilir ki, 2015-ci ildə Avropa beynəlxalq turistlər üçün ən cəlbedici məkan olaraq qalıb. Ötən il ümumilikdə 609 milyon xarici turist "köhnə dünya"ya səyahət edib. Bu rəqəm isə 2014-cü ilin göstəricisindən 29 milyon çoxdur.

Turist sayında azalma müşahidə olunan yeganə region Afrika olub. Belə ki, 2014-2015-ci illərdə 3% azalma olub.

Braziliya və Rusiyadan olan turistlərin sayında hiss olunacaq azalma müşahidə olunub. Bu da adıçəkilən ölkələrdəki çətin iqtisadi durumla bağlıdır.

Təşkilat, həmçinin 2016-cı ildə turistlərin sayının 3,6% artacağını planlaşdırır.

Son xəbərlər

Orphus sistemi