Yuxarı
    Bağlamaq

    Ukraynalılar Türkiyə turizmini canlandıracaq

    İki ölkə arasında yeni anlaşma Türkiyənin turizm sektoru üçün yeni ümid mənbəyidir

    Bakı. 25 fevral. REPORT.AZ/ Türkiyə bu ilin yay mövsümündə ukraynalı turistləri qarşılamaq üçün hazırlıq tədbirlərinə başlayıb. "Report"un "Haberler.com" saytına istinadən verdiyi xəbərə görə, Türkiyənin turizm sektorunun bu hazırlıq tədbirlərinə Ukrayna xarici işlər naziri Pavlo Klimkin və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında viza rejminin sadələşdirilməsinə dair imzalanacaq sənəd təkan verib.

    Qeyd edək ki, Türkiyə ilə Ukrayna arasında müvafiq sənəd imzalanacağı təqdirdə, hər iki ölkənin vətəndaşları sadəcə ümumvətəndaş (xarici) pasportu ilə səyahət edə biləcəklər. Məsələ ilə bağlı hətta M.Çavuşoğlu bildirib ki, bu anlaşma Türkiyə turizmində canlanmaya səbəb olacaq.

    "Ukrayna ilə imzalanacaq sənəd olduqca önəmlidir. Ukrayna əhalisinin ancaq 30%-nin xarici pasportunun olduğunu nəzərə alsaq, bu fakt Ukraynın ən müxtəlif regionlarından Türkiyənin turizm kurort məkanlarına daha çox turist cəlb etməyə imkan verəcək", - deyə M.Çavuşoğlu qeyd edib.

    Rəsmi rəqəmlərə görə, Türkiyənin ən məşhur kurort zonalarından sayılan Kəmərdə 372 turizm obyektində 46 796 otaq və 102 237 yataq yeri var.

    Qeyd edək ki, ötən il Ukraynadan Antalyaya 500-550 min turist gəlib. Rusiya ilə Türkiyə arasında yaranan siyasi gərginlikdən sonra Ukrayna bazarı Türkiyə üçün daha çox əhəmiyyət daşımağa başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi