Azərbaycan sahibkarları Ukraynada keçiriləcək beynəlxalq investisiya forumuna dəvət olunur

Azərbaycan sahibkarları Ukraynada keçiriləcək beynəlxalq investisiya forumuna dəvət olunur Forum sentyabrın 30-dan oktyabrın 1-dək davam edəcək
Turizm
20 Sentyabr , 2016 16:21
Azərbaycan sahibkarları Ukraynada keçiriləcək beynəlxalq investisiya forumuna dəvət olunur

Bakı. 20 sentyabr. REPORT.AZ/ Ukraynada “Tavriya Üfüqləri 2016: əməkdaşlıq, investisiyalar, iqtisadi inkişaf” IX beynəlxalq investisiya forumu keçiriləcək.

Bu barədə "Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib. 

Xerson vilayətinin Novaya Kaxovka şəhərində təşkil olunacaq forum sentyabrın 30-dan oktyabrın 1-dək davam edəcək.

Forum çərçivəsində turizm, nəqliyyat, aqro-biznes, sənaye, inşaat, enerji effektivliyi sahələrində boş investisiya meydançaları daxil olmaqla, Ukraynanın böyük sənaye regionu olan Xerson vilayətinin əlverişli investisiya imkanları təqdim olunacaq. Tədbirdə yerli investorlarla yanaşı, Çin, İtaliya, Fransa, İran və bir sıra digər ölkələrdən işgüzar dairələrin nümayəndələri iştirak edəcəklər.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar forumda iştiraka dəvətlidirlər. Forum haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi