​Ukrayna aviaşirkəti yeni endirim aksiyası keçirir

​Ukrayna aviaşirkəti yeni endirim aksiyası keçirir Kampaniya Vilnüs, Palanqa, Riqa və daha 40-dan artıq şəhərə uçuşları əhatə edir
Turizm
8 İyun , 2016 16:36
​Ukrayna aviaşirkəti yeni endirim aksiyası keçirir

Bakı. 8 iyun. REPORT.AZ/ “Ukrayna Beynəlxalq Hava Yolları” (UIA) QSC Baltikyanı ölkələrin bəzi şəhərlərinə Bakıdan və əks istiqamətə olan uçuşlarına 10%-lik endirim elan edib. 

Şirkətdən “Report”a verilən məlumata görə, kampaniya Vilnüs (Litva), Riqa (Latviya) və Palanqa (Litva) istiqamətində həyata keçirilən uçuşları əhatə edir.

Bundan əlavə, UIA həmin kampaniyanı adıçəkilən şəhərlərdən uçuş reallaşan 40-dan çox digər şəhərlərə də  şamil edib.

Kampaniyanın şərtlərinə görə, biletlər iyunun 30-a qədər alınmalı, uçuşlar isə iyulun 15-dək reallaşdırılmalıdır. Palanqaya uçuşlar isə iyunun 19-dan iyulun 15-dək həyata keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi