UBHY: Azərbaycan və Avropa arasında sərnişin axını artıb

UBHY: Azərbaycan və Avropa arasında sərnişin axını artıb "Bakı-Odessa-Bakı reysi bu il Azərbaycan bazarındaa olduqca populyar olub"
Turizm
20 Oktyabr , 2016 17:09
UBHY: Azərbaycan və Avropa arasında sərnişin axını artıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Həm Azərbaycan ilə Ukrayna arasında, həm də Ukrayna aviaşirkətləri tərəfindən Kiyevdəki Borispol hava limanı vasitəsilə həyata keçirilən Azərbaycan və Avropa ölkələri arasında uçuşlarda sərnişin axını artıb."

Bu barədə "Report"a Ukrayna Beynəlxalq Hava Yollarının (UBHY) Azərbaycandakı nümayəndəsi Maksim Rıjov bildirib.

"Azərbaycan Respublikası ərazisində satılan biletlərin sayından danışsaq, ay və mövsümdən asılı olaraq ümumi həcm ötən illə müqayisədə 20%-dən 90%-dək artıb" - o deyib.

M.Rıjovun sözlərinə görə, şirkət indi uçuşların qış qrafikini dərc edib və UBHY-nin reysləri satış üçün açıqdır.

O, bütün uçuşların Azərbaycanın AZAL aviaşirkəti ilə birgə həyata keçirildiyini xatırladıb.

"AZAL bizimlə əməkdaşlıq şəklində hər həftə Bakı-Lvov-Bakı marşrutu üzrə uçuşlar təşkil həyata keçirir. Gələn ilin iyun ayından Bakı-Odessa-Bakı birbaşa reyslərinə başlamağı planlaşdırırıq. Çünki bu ilin yay aylarında bu istiqamətdə uçuşlar həyata keçirildi və Azərbaycan bazarında kifayət qədər populyar oldu" - M.Rıjov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi