​Türkiyəyə gələn turistlərin sayı azalıb

​Türkiyəyə gələn turistlərin sayı azalıb Türkiyənin xarici turizmdən gəlirləri də azalıb
Turizm
1 Avqust , 2015 10:22
​Türkiyəyə gələn turistlərin sayı azalıb

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyənin xarici turizmdən gəlirləri bu ilin II rübündə ötən ilin analoji dövrü ilə müqayisədə 13,8% azalıb və 7,733 mlrd. dollar təşkil edib. 

"Report"un xəbərinə görə, bu məlumatı Türkiyənin Dövlət Statistika Komitəsi açıqlayıb.

"Qeyd edilən gəlirin 86,7%-i xarici turistlər hesabına, 13,3%-i isə xaricdə yaşayan türklərin hesabına əldə olunub. Bir turistin Türkiyədə ortalama xərci 719 dollar təşkil edib. Türkiyəni ziyarət edən turistlərin sayı isə 2% azalıb və 10,8 mln. nəfər təşkil edib", - qurumun məlumatında vurğulanıb.

Qeyd edək ki, 2014-cü ildə Türkiyəni ziyarət edənlərin sayı 2013-cü illə müqayisədə 5,6% çox olub və bu rəqəm 41,5 mln. nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi