“Türk Hava Yolları” yeni kampaniya keçirir

“Türk Hava Yolları” yeni kampaniya keçirir Kampaniya çərçivəsində İstanbula 119 avrodan başlayan qiymətlə bilet almaq olar
Turizm
29 Sentyabr , 2016 16:40
“Türk Hava Yolları” yeni kampaniya keçirir

Bakı. 29 sentyabr. REPORT.AZ/ “Türk Hava Yolları” (THY) aviaşirkəti yeni endirim kampanisına start verib.

Şirkətin Bakı ofisindən “Report”a bildirilib ki, kampaniya çərçivəsində İstanbula vergilər də daxil olmaqla 119 avrodan (iki tərəfə) başlayan qiymətlərlə bilet əldə etmək olar.

Eyni zamanda, aviaşirkət Türkiyədən Azərbaycana gələn turist sayının artırılması məqsədi ilə İstanbul çıxışlı biletlər üçün endirim kampaniyasını tətbiq etməyə başlayıb. Beləliklə, THY-da aviabiletlərin qiyməti Gəncə-İstanbul-Gəncə reysinə 119 avro, Naxçıvan-İstanbul-Naxçıvan - 119 avro, Bakı-İstanbul-Bakı – 149 avro, İstanbul-Gəncə-İstanbul - 115 avro, İstanbul-Naxçıvan-İstanbul - 115 avro, İstanbul-Bakı-İstanbul - 151 avro təşkil edəcək.

Aksiya çərçivəsində biletlərin satış tarixi oktyabrın 16-dək, səyahət tarixi isə bu il oktyabrın 19-dan gələn il martın 31-dək olacaq.

Qeyd edək ki, endirimli biletlər səyahətin başlanğıc günündən 20 gün əvvəl alınmalıdır. Kampaniya çərçivəsində ödənişsiz baqajın çəkisi 30 kq-dır.

Son xəbərlər

Orphus sistemi