Yuxarı
    Bağlamaq

    ​Turizm sənayesindəki müəssisələrin rəhbərləri tələbələr üçün seminar keçirəcək

    İlk seminar Azərbaycan Turizm və Menecment Universitetində təşkil olunacaq

    Bakı. 8 dekabr. REPORT.AZ/ Turizm sənayesindəki müəssisə rəhbərlərinin iştirakı ilə dekabrın 12-də Azərbaycan Turizm və Menecment Universitetində tələbələr üçün seminar təşkil olunacaq.

    Ali təhsil müəssisəsindən “Report”a bildirilib ki, turizm sahəsində olan problemlərin aradan qaldırılması üçün Mehmanxana və Restoran Biznesi kafedrası və “SKAL Baku Professionals” təşkilatı birlikdə tələbələrə turizm müəssisələrində rəhbər vəzifələrdə işləyən mütəxəssislərin iştirakı ilə seminar keçirəcək.

    Qeyd edilib ki, seminara dəvət olunan şəxslər iş təcrübələri, idarəetmə prinsipləri, hazırda tutduqları mövqeyə çatmaq üçün keçdikləri karyera tarixi və s. haqqında bilik və bacarıqlarını tələbələrlə paylaşacaqlar.

    Sözügedən seminarların keçirilməsində əsas məqsəd turizm sahəsində təhsil alan tələbələrdə təhsilə həvəs yaratmaqla, öz gələcək karyera istiqamətlərini müəyyən etməkdə kömək etmək, tələbələrin turizmin inkişafına töhvələrini vermələri üçün stimul yaratmaq, dövlətin turizm sahəsindəki siyasətində onların yaxından iştirak etməsini təmin etməkdir.

    Seminarın ilk qonağı “Millenium Turizm, Konqress DMC” şirkətinin rəhbəri Ruslan Quliyev olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi