​Turistlər üçün ən ucuz və bahalı Avropa şəhəri məlum olub

​Turistlər üçün ən ucuz və bahalı Avropa şəhəri məlum olub Reytinqdə 26 şəhərin adı var
Turizm
30 Mart , 2015 22:40
​Turistlər üçün ən ucuz və bahalı Avropa şəhəri məlum olub

Bakı. 30 mart. REPORT.AZ/ Böyük Britaniyanın Poçt Xidməti tərəfindən aparılan tədqiqat nəticəsində turistlər üçün ən ucuz və bahalı olan Avropa şəhərləri müəyyən edilib.

"Report" xəbər verir ki, təhlilin nəticələrinə əsasən məlum olub ki, istirahət günlərini Litvanın paytaxtı Vilnüsdə orta hesabla 100 avroya keçirtmək olar.

Bura 3 ulduzlu oteldə iki gecə qalmaq, hava limanından transfer, şam yeməyi, ekskursiya və şəhər nəqliyyatında gediş daxildir.

Reytinqdə 26 Avropa şəhərinin adı var.

Vilnüsdən başqa, 100-200 avro diapazonuna, həmçinin Budapeşt, Riqa, Tallin, Afina, Dubrovnik, Praqa, Lissabon, Krakov, Strasburq, Madrid, Berlin, İstanbul, Vyana, Brüssel və Belfast daxil olub.

Edinburq, Dublin, Venesiya, Barselona, Paris, London, Kopenhagen, Roma və Amsterdam 200 avro qiymətini ötüb.

Ən bahalı şəhər Stokholm olub. İsveçin paytaxtı iki gün üçün turistə 311 aroya başa gələ bilər.

Son xəbərlər

Orphus sistemi