Bakı. 3 oktyabr. REPORT.AZ/ İranın paytaxtı Tehran şəhərində neft-qaz və neft-kimya üzrə beynəlxalq forum keçiriləcək.
“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, forum oktyabrın 8-9-da baş tutacaq. Bununla əlaqədar, neft-qaz və neft-kimya sahələri üzrə Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkət rəhbərləri, biznesmenlər və sahibkarlardan ibarət 5 nəfər şəxs sözügedən forumda iştirak etmək məqsədilə İrana səfərə dəvətlidirlər.
Forum haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya (Fuad Cəfərov, Tel: +99412 5980147/ 48 (daxili 141), E-poçt:
Qeyd edək ki, dəvət olunan şəxslərin iki gün yarım (iki gecə və bir gündüz) ərzində İranda dörd ulduzlu hoteldə qalması ilə bağlı xərclər tədbirin təşkilatçıları tərəfindən ödəniləcək.