Tehranda "İran Plast" beynəlxalq sərgisi keçiriləcək

Tehranda "İran Plast" beynəlxalq sərgisi keçiriləcək Sərgi aprelin 13-dən 17-dək davam edəcək
Turizm
11 Aprel , 2016 08:53
Tehranda İran Plast beynəlxalq sərgisi keçiriləcək

Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 13-17-də Tehranda (İran) “İran Plast” beynəlxalq sərgisi keçiriləcək. “Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir ki, sərgidə iştirak etmək üçün müraciət edən yerli iş adamları İranın Azərbaycandakı səfirliyinin kommersiya attaşeliyi tərəfindən təsdiqləndiyi təqdirdə, İranda mehmanxana, daxili nəqliyyat, tərcümə və sığorta xidmətlərindən yararlana biləcək.

Qeyd edək ki, sərgidə neft-kimya və plastik məhsulların istehsalı sahəsində fəaliyyət göstərən bir çox İran və xarici şirkətlər iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi