Yuxarı
    Bağlamaq

    Tbilisidə dağ turizminin inkişafı mövzusunda beynəlxalq konfrans keçirilib

    Azərbaycanı konfransda Şahdağ Turizm Mərkəzinin rəhbəri Rüstəm Nəcəfov təmsil edib© Report.az

    Tbilisi. 5 aprel. REPORT.AZ/ Bu gün Tbilisidə "Dağ turizminin davamlı inkişafı üçün innovasiya stratejiyası" mövzusunda beynəlxalq konfrans keçirilib.

    "Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycanı "Şahdağ" Turizm Mərkəzinin rəhbəri Rüstəm Nəcəfov təmsil edib.

    BMT və Dünya Turizm Təşkilatının dəstəyi ilə keçirilən konfransa 35 ölkədən nümayəndəsi qatılıb. 

    R.Nəcəfov jurnalistlərə açıqlamasında deyib ki, tədbirin məqsədi Avropa və Asiya, eləcə də Cənubi Qafqaz ölkələrində dağ turizminin inkişaf perspektivlərini müzakirə etmək, təcrübə mübafiləsi aparmaqdır. O bildirib ki, tədbir çərçivəsində bir sıra görüşlər də keçiriləcək. Bu görüşlərdə Azərbaycan ilə Gürcüstan, eləcə də digər ölkələr arasında dağ turizmi sahəsində əlaqələrin inkişafi və başqa məsələlər müzakirə olunacaq. Eyni zamanda, Azərbaycanın turizm imkanları, xüsusən də dağ turizmi barədə məlumat veriləcək.

    Konfransın açılışında Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifahi, iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Qaxariya və başqaları çıxış edib, turizmin inkişafının vacibliyini qeyd ediblər. Bildirilib ki, turizmin inkişafı ölkələrin iqtisadi inkisafı ilə yanaşı, dövlərarası əlaqələrin genişlənməsində də mühüm rol oynayır. Çıxışlarda turizm bölgələrində tarixi, mədəni abidələrin mühafizəsinin, yerli insanların işlə təmin olunmasının, regionlarar asında münasibətlərin genişlənməsinin vacibliyi xüsusi qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi