Suriyada baş verən hadisələr Türkiyənin turizm biznesinə ziyan vurub

Suriyada baş verən hadisələr Türkiyənin turizm biznesinə ziyan vurub Yaponiya Türkiyənin bir hissəsini risk bölgəsi elan edib
Turizm
11 İyul , 2015 22:15
Suriyada baş verən hadisələr Türkiyənin turizm biznesinə ziyan vurub

Bakı. 11 iyul. REPORT.AZ/ İŞİD-in (İraq-Şam İslam Dövləti) Suriyada iki yapon jurnalisti öldürməsinin ardından Yaponiya Türkiyənin bir hissəsini riskli bölgə elan edib.

“Report” xarici mediaya istinadən xəbər verir ki, Yaponiyadan hər il yüz minlərlə turist qəbul edən Kapadokiya bu il turist qıtlığından əziyyət çəkir, bu da həmin bölgədə turizmə ciddi ziyan vura biləcək faktdır.

Kapadokya Turzim İdarəçiləri Dərnəyinin (KAPTİD) idarə heyətinin sədri Yaqub Dinlər Türkiyənin peribacaları ilə məşhur turizm mərkəzi Kapadokiya bölgəsinin hər il təxminən 2,5 mln. yerli və xarici turistə ev sahibliyi etdiyini bildirərək bu bölgəyə gələn turistlərin əhəmiyyətli bir hissəsinin Yaponiyadan olduğunu deyib.

“Türk Dostu” olaraq tanınan yaponların bölgə turizmi üçün əhəmiyyətli gəlir mənbəyi olduğunu bildirən Dinlər ilin əvvəlində turist axınının normal olduğunu, Suriyada baş verənlərdən sonra isə turzim sahəsinə də ciddi ziyanın dəydiyini bildirib.

Son xəbərlər

Orphus sistemi