Şri-Lankada ümumdünya ixracın inkişaf forumu baş tutacaq

Şri-Lankada ümumdünya ixracın inkişaf forumu baş tutacaq Forum oktyabrın 11-dən 13-dək davam edəcək
Turizm
26 Avqust , 2016 20:09
Şri-Lankada ümumdünya ixracın inkişaf forumu baş tutacaq

Bakı. 26 avqust. REPORT.AZ/ Şri-Lankanın paytaxtı Kolombo şəhərində XVI Ümumdünya İxracın İnkişaf Forumu (WEDF) keçiriləcək. 

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, forum oktyabrın 11-dən 13-dək davam edəcək.

“Uğur naminə ticarət: birləşdir, tamamla, dəyiş” mövzusu altında təşkil olunan forumda 600-dən çox biznes təmsilçisininin iştirakı gözlənilir.

Tədbir zamanı plenar sessiyalar, seminarlar, Şri Lanka şirkətlərinin kiçik miqyaslı sərgiləri və işgüzar (B2B) görüşlərin keçirilməsi nəzərdə tutulur.
Sözügedən forum zamanı Şri Lanka şirkətləri ilə işgüzar görüşlərdə iştirak etməkdə maraqlı olan tərəflər qeyd olunan keçiddən istifadə edərək qeydiyyatdan keçməlidirlər: https://itcevents.event2mobile.com/Account/Registration

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr forumda iştiraka dəvətlidirlər.

Forum haqqında ətraflı məlumat almaq istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi