​Soçidə QİƏT ölkələrinin turizm idarələri rəhbərlərinin görüşü keçiriləcək

​Soçidə QİƏT ölkələrinin turizm idarələri rəhbərlərinin görüşü keçiriləcək Görüşdə qarşılıqlı turizm səfərlərinin stimullaşdırılması müzakirə olunacaq
Turizm
23 İyun , 2016 08:14
​Soçidə QİƏT ölkələrinin turizm idarələri rəhbərlərinin görüşü keçiriləcək

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Soçidə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin mədəniyyət və turizm nazirlərinin konfransı öz işinə başlayacaq.

"Report" xəbər verir ki, görüş iştirakçıları turizm sahəsində əməkdaşlıq və qarşılıqlı turizm səfərlərinin stimullaşdırılmasını müzakirə edəcəklər.

"İştirakçılar turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Xüsusilə də, söhbət qarşılıqlı turizm axınlarının stimullaşdırılması, turizmin ayrı-ayrı növlərinin inkişafı və milli marşrutların inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət məsələlərindən gedəcək. Konfrans çərçivəsində mədəniyyət və turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupların birgə iclası keçiriləcək", - deyə Rusiya Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

QİƏT-ə Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna daxildir.

Son xəbərlər

Orphus sistemi