Yuxarı

Səfir: Fransaya səfər edən azərbaycanlı turistlərin sayı artır

Fransa Azərbaycanla turizmin inkişafında maraqlıdır

Bakı. 5 mart. REPORT.AZ/ Fransa Azərbaycanla turizmin inkişafında maraqlıdır. "Report" xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib. 

O qeyd edib ki, bu məqsədlə "Atout France" turizmin inkişafı üzrə agentliyin nümayəndə heyəti Bakıya gəlib. 

P.Mönye vurğulayıb ki, Fransaya səfər edən azərbaycanlı turistlərin sayı artır. O bildirib ki, buna ötən ilin sentyabr ayında qüvvəyə minən Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında razılaşma səbəb olub. Bu addım vizaların qiymətinin aşağı düşməsinə gətirib çıxarıb və bu da öz növbəsində onun alınma prosesini sadərləşdirməyə imkan verir.

"Atout France" turizmin inkişafı üzrə agentliyin MDB ölkələrindəki nümayəndəliyinin direktoru İnessa Korotkova qeyd edib ki, nümayəndəlik fəaliyyətini son bir neçə il ərzində Azərbaycanda da həyata keçirir. Onun sözlərinə görə, Fransaya səfər edən azərbaycanlı turistlərin sayı daim artır və o,  bu sayın daha da artacağına ümidvar olduğunu bildirib. "Azərbaycanlı turistləri əsasən Fransada alış-veriş, moda, turizm, muzeylər maraqlandırır", - İ.Korotkova vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi