Şahdağ turizm mərkəzinin nizamnamə kapitalı 547 milyon manata qədər artırılıb

Şahdağ turizm mərkəzinin nizamnamə kapitalı 547 milyon manata qədər artırılıb Nazirlər Kabineti müvafiq qərarında dəyişiklik edib
Turizm
31 Oktyabr , 2017 01:47
Şahdağ turizm mərkəzinin nizamnamə kapitalı 547 milyon manata qədər artırılıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı artırılıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və Strukturunun təsdiq edilməsi barədə” qərarında edilən dəyişiklikdə bildirilir.

Dəyişikliyə görə, Cəmiyyətin nizamnamə kapitalı 546 milyon 775 min 725 manata qədər artırılıb.

“Cəmiyyətin nizamnamə kapitalı 546 775 725.05 (beş yüz qırx altı milyon yeddi yüz yetmiş beş min yeddi yüz iyirmi beş manat beş qəpik) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil edilir.

Nizamnamə kapitalı nominal dəyəri 100 (yüz) manat olan 5 467 757 (beş milyon dörd yüz altmış yeddi min yeddi yüz əlli yeddi) ədəd adi səhmlərdən ibarətdir”, - deyə qərara dəyişiklikdə qeyd olunur.

Son xəbərlər

Orphus sistemi