Şahdağ Turizm Mərkəzində təchizat zəncirinin idarə edilməsinə ehtiyac var

Şahdağ Turizm Mərkəzində təchizat zəncirinin idarə edilməsinə ehtiyac var Şirkət bunun üçün açıq tender elan edib
Turizm
26 May , 2017 09:08
Şahdağ Turizm Mərkəzində təchizat zəncirinin idarə edilməsinə ehtiyac var

Bakı. 26 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC təchizat zəncirinin idarəedilməsi xidmətinin satın alınması məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədlərini iyunun 5-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyunun 12-nə qədər şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Kəmalə Süleymanovadır. Telefon: (012) 465 09 45.

Təkliflərə iyunun 13-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. 2b nömrəli ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi