Şahdağ Turizm Mərkəzi yay mövsümünü açıq elan edib

Şahdağ Turizm Mərkəzi yay mövsümünü açıq elan edib Mərkəz turistlərin vaxtını səmərəli keçirə bilməsi üçün müxtəlif əyləncə və idman oyunları təqdim edir
Turizm
16 İyun , 2015 08:41
Şahdağ Turizm Mərkəzi yay mövsümünü açıq elan edib

Bakı. 16 iyun. REPORT.AZ/ "Şahdağ" Turizm Mərkəzi yay mövsümünü açıq elan edib.  

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, mərkəz yay mövsümündə bütün yaşlara uyğun, böyüklər və uşaqlar üçün müxtəlif növ idman və əyləncə oyunlarını təqdim edir.

Macəra parkı, Bob kart, Kvadrosikllar, Dağ velosipedi, Skandinav yerişi, Səmti müəyyən etmə oyunu, Nordik Gəzintisi, Peyntbol, Seqvey, Ziplayn, Trotinet, Trekkinq, Atla gəzinti və s. oyunlar istirahət, əyləncə və gözəl təbiətdən zövq almaq istəyənləri gözləyir.

Mərkəzdə həmçinin həftəsonu musiqi sədaları altında pikniklər və digər maraqlı əyləncələr üçün də əlverişli şərait yaradılıb. 

Son xəbərlər

Orphus sistemi