Şahdağ Turizm Mərkəzi xırdavat mallarının alınması üçün tender keçirir

Şahdağ Turizm Mərkəzi xırdavat mallarının alınması üçün tender keçirir İddiaçılar tender təklifini aprelin 24-dək Mədəniyyət və Turizm Nazirliyinə təqdim etməlidir
Turizm
7 Mart , 2017 11:42
Şahdağ Turizm Mərkəzi xırdavat mallarının alınması üçün tender keçirir

Bakı. 7 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin “Şahdağ Turizm Mərkəzi” QSC min bir xırdavat mallarının satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır. Tenderdə iştirak etmək istəyənlər 250 manat məbləğində iştirak haqqı ödəməlidir.

Tenderdə iştirak etmək istəyən iddiaçılar tələb olunan sənədləri aprelin 17-si saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə aprelin 24-ü saat 16:00-dək Nazirliyə (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi,84, Hökumət Evi) təqdim etməlidir. İddiaçıların təklifləri aprelin 25-i saat 16:00-da qeyd edilən ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi