Yuxarı
    Bağlamaq

    Şahdağ Turizm Mərkəzi tender keçirir

    Şirkət sərnişin, yükdaşıma, nəqliyyat, ağır texnika və təmir xidmətləri almaq istəyir

    Bakı. 10 avqust. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC sərnişin, yükdaşıma, nəqliyyat, ağır texnika və təmir xidmətlərinin satın alınması üçün açıq tender elan edib.

    “Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

    İddiaçılar ilkin sənədləri avqustun 31-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabın 11-nə qədər Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, döngə 2, 2b ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Kəmalə Süleymanovadır (tel: (012) 465 09 45).

    Təkliflərə sentyabrın 12-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

    Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” QSC 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 37,777 mln. manatdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi