Şahdağ Turizm Mərkəzi tender keçirir

Şahdağ Turizm Mərkəzi tender keçirir Şirkət əyləncə üçün nəqliyyat vasitələri, oyun dəsti və qoruyucu geyimlər almaq istəyir
Turizm
8 İyul , 2017 16:40
Şahdağ Turizm Mərkəzi tender keçirir

Bakı. 8 iyul. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC əyləncə üçün nəqliyyat vasitələrinin, oyun dəstinin və qoruyucu geyimlərin satın alınması məqsədi ilə açıq tender elan edib.

“Report” Tender Komissiyasına istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 7-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 14-nə qədər Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, döngə 2, ev 2b ünvanında yerləşən ofisində təqdim etməlidirlər. Əlaqələndirici şəxs Kəmalə Süleymanovadır. Telefon: (012) 465 09 45.

Təkliflərə avqustun 15-də, saat 16.00-da qeyd olunan ünvanda baxılacaq. Tender prosedurunda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” QSC 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 37,777 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi