Şahdağ Turizm Mərkəzi təmizlik üçün kimyəvi vasitələr almaq istəyir

Şahdağ Turizm Mərkəzi təmizlik üçün kimyəvi vasitələr almaq istəyir Şirkət bu məqsədlə açıq tender elan edib
Turizm
25 May , 2017 08:47
Şahdağ Turizm Mərkəzi təmizlik üçün kimyəvi vasitələr almaq istəyir

Bakı. 25 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC təmizlik üçün kimyəvi vasitələrin satın alınması məqsədi ilə açıq tender elan edib. 

“Report” Tender Komissiyasına istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədlərini iyunun 14-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyunun 23-nə qədər şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Kəmalə Süleymanovadır. Telefon: (012) 465 09 45.

Təkliflərə iyunun 29-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi